Həbs edilən Vətən müharibəsi qazisi ilə bağlı qərar verildi – RƏSMİbackend

Həbs edilən Vətən müharibəsi qazisi ilə bağlı qərar verildi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl həbs olunan Vətən müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlu barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, qərar Bakı hərbi məhkəməsi tərəfindən qəbul edilib:

“Bəzi kütləvi informasiya vasitələrində Vətən müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə düzgün olmayan məlumatlar yayılıb.

Bununla əlaqədar bildirilir ki, cinayət işinin istintaqı zamanı toplanmış kifayət qədər mötəbər sübutlarla Ziya Kazımov tərəfindən konkret epizodlar üzrə cinayət törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilib, ona qarşı müvafiq ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçisinin vəsatəti əsasında bu gün Bakı hərbi məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.