Həbsdə olan beşqat dünya çempionu bəraət aldıbackend

Həbsdə olan beşqat dünya çempionu bəraət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi Rayon Məhkəməsində vəzifə saxtakarlığında iştirakda və sübutları saxtalaşdırmada təqsirləndirilən “Neftçi” idman klubunun kikboksinq bölməsinin sabiq rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az APA-ya istinadən bildirir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, Ehram Məcidovun cinayət əməli sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən narazı qalan prokuror Binəqədi Rayon Məhkəməsinin hökmündən protest verib.

Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə prokurorun şikayətinə baxılıb. Məhkəmə prokurorun protestini təmin etməyib və Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Ehram Məcidov 2018-ci ildə qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehram Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmə isə E. Məcidovun cəzasını 3 ilə salıb.

Onu da qeyd edək ki. E. Məcidov sonradan bu işə görə sübutları saxtalaşdırma və vəzifə saxtakarlığında iştirakda təqsirli bilinib. Barəsində əlavə olaraq Cinayət Məcəlləsinin 32.4.313-cü (vəzifə saxtakarlığında iştirak, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla), 294.1-ci-(sübutları saxtalaşdırmada) maddələri ilə cinayət işi başlanıb.