Həbsdə olan icra başçısı koronavirusa yoluxub, vəziyyəti ağırdırbackend

Həbsdə olan icra başçısı koronavirusa yoluxub, vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılan vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub.

Xəstəliyi ağır keçirdiyindən o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.

İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. O, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.

Məlumatı Oxu.Az-a onun vəkili təsdiq edib.