Həbsdə olan icra başçısının məhkəməyə verdiyi iş adamı vəfat etdibackend

Həbsdə olan icra başçısının məhkəməyə verdiyi iş adamı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirli iş adamı Hafiz İbrahimov bu gün vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

H.İbrahimov “Şəmkir Şampan Şərabları” ASC-nin Müşahidə Şurasının sədri olub.

Qeyd edək ki, 2020-ci ildə hazırda həbsdə olan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov Hafiz İbrahimovu sosial şəbəkədə yazdığı statusa görə məhkəməyə vermişdi.