Həbsdə olan Təranə Rəqsanəni ittiham etdi: Məndən xəbərsiz…backend

Həbsdə olan Təranə Rəqsanəni ittiham etdi: Məndən xəbərsiz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Editor.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror Eldar Həmzə işin məhkəmə baxışına verilməsini təklif edib.

Prosesdə T.Səmədova bildirib ki, müğənni Rəqsanə İsmayılova 2 övladını ondan xəbərsiz götürərək tanımadığı dayəyə tapşırıb.

O, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra əldə kifayət qədər sübutların olmaması səbəbindən vəsatətləri təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

İş üzrə məhkəmə prosesi aprelin 25-nə təyin olunub.

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.