Həbsdəki icra başçılarından xəbər var: Yeyib-içir, TV seyr edir, futbol oynayırlar…backend

Həbsdəki icra başçılarından xəbər var: Yeyib-içir, TV seyr edir, futbol oynayırlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda cəzaçəkmə müəssisələri ilə bağlı problemlər yeni deyil. Cəmiyyətdə belə bir rəy var ki, dəmir barmaqlıqlar arasında olmasına rəğmən imkanlı məhbusların günü heç də pis keçmir. “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin həbsi bu müzakirələri yenidən alovlandırdı. 

İllər əvvəl məhbus həyatı yaşamış tanınmış siyasətçi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu mövzuda Yenisabah.az-a açıqlama verib. Siyasətçi bildirib ki, imkanlı və vəzifəli məhbuslar üçün içəri və ya çöl arasında heç bir fərq yoxdur:

“Məlum olduğu kimi, Azərbaycanda bir çox şey pula bağlıdır. Ona görə də bir çox tanınmış və vəzifəli şəxs içəridə də lüks həyat yaşayır. Bu cür insanlar üçün çöl və ya içərinin fərqli yoxdur. Sadəcə, onlar biraz təcridolunmuş vəziyyətdə yaşayırlar. Onlar türmədə olsalar da gəzirlər, yeyib-içirlər, idman edirlər, televizora baxırlar, futbol da oyanyırlar. Həbsxana onlar üçün sanatoriyadan fərqsizdir. Kimin imkanı, pulu var həbsdə də kefi istədiyi kimi yaşayır”.

Hafiz Hacıyev bu işin türmə rəislərinin biznesinə çevrildiyini qeyd edib.

“Hər halda türmə rəislər bu işləri daha yaxşı bilir, onlar bu işdən yaxşı qazanırlar. Onların da biznesi budur. Varlılar, korrupsionerlər tutulanda onlar toy-bayram edirlər. Bu reallıqdır və bunu gizlətməyin heç bir mənası yoxdur. Bu barədə dəfələrlə tədbirlər görülüb, həbslər olub. Amma buna baxmayaraq müəyyən qüvvələr öz işlərini görür”.

Sonda siyasətçi deyib ki, hazırda məhbus həyatı yaşayan əmisi oğlu, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevlə bağlı heç bir məlumatı yoxdur: “Əlaqə saxlamırıq”,