İki məhbusun təhvil verilməsi zamanı Meksikanın cənubundakı həbsxanada iğtişaş və yanğın baş verib. Yeddi nəfər həlak olub, daha on nəfər yaralanıb.
Editor.az “La Voz del Interior”a istinadən xəbər verir ki, məhbuslar həbsxana işçilərinə atəş açıblar. Bundan sonra mebel və zibilləri yandırıblar. Ölənlər arasında dörd polis əməkdaşı da var. Məlumata görə, məhkumlar iki məhkumun başqa həbsxanaya köçürülməsinə qarşı çıxıblar.
Məhkumlarla polis arasında toqquşmalar bir neçə saat davam edib. Polis əməliyyat nəticəsində məhbuslardan 1 tüfəng, 5 tapança, 1 ədəd qumbara, 23 pala, 14 bıçaq, habelə kustar üsulla hazırlanmış silahlar, döyüş sursatı, radio aparatları, mobil telefonlar və narkotik vasitələr götürüb.
//Samir Qurbanov, Editor.az