Həbsxanaya toyuğun içərisində narkotik keçirmək istəyən şəxs saxlanılıb-FOTObackend

Həbsxanaya toyuğun içərisində narkotik keçirmək istəyən şəxs saxlanılıb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Editor.az xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi 0,905 qram psixotrop maddə – metamfetamin və bişirilmiş toyuğun içərisində 0,817 qram miqdarında narkotik maddə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.