“Heç bir ciddi problem yaranmasa, Putin postuna yenidən seçilə bilər”-AÇIQLAMAbackend

“Heç bir ciddi problem yaranmasa, Putin postuna yenidən seçilə bilər”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görünən odur ki, Avropa və ABŞ əllərindən gələni edirlər ki, Rusiyanın iqtisadiyyatı çöksün. Ölkə zəifləsin və rejim özü yoxa çıxsın. Ancaq bu, çox mürəkkəb bir məsələdir. Çünki paradoksal olsa da axrıncı sorğulara görə, Rusiya Prezidenti Vladimir Putin yüksək reytinqə malik bir siyasətçidir. Onun alternativi də yoxdur və olanlar da çox zəifdir. Onları zəiflətmək üçün rejimin kifayət qədər resursları var”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloqun sözlərinə görə, Rusiyaya qarşı artıq 13 sanksiya paketi tətbiq olunub:

“Ölkənin vəziyyəti mürəkkəbdir, çünki iqtisadiyyatı ciddi problemlərlə üz-üzədir. Bu proses sürətlə inkişaf edir. Ancaq eyni zamanda, bunlara baxmayaraq sanksiyalar daha da kəskin olsa belə Putin rejimi möhkəm dayanıb və dayanır. Heç bir ciddi problem yaranmasa, Putin postuna yenidən seçilə bilər”.

//Gülnarə Abasova, Editor.az