Beynəlxalq birliyə göstərdik ki, hər hansı bir ölkənin Qara dənizə və beynəlxalq sulara heç bir iddiası ola bilməz.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın “USS Ross” hərbi gəmisinin komandiri Con D. Con NATO-nun “Sea Breeze 2021” təlimi ilə bağlı danışarkən deyib.
O bildirib ki, döyüş manevrlərinin əsas məqsədi iştirakçı ölkələrin avadanlıqlarının və personalının qarşılıqlı formada fəaliyyətini yaxşılaşdırmaqdır:
“Bu sular beynəlxalq birliyə aiddir və bütün ölkələrin bu su yollarına çıxışını təmin etməyi öhdəmizə götürdük”.
Qeyd edək ki, Ukrayna və NATO-nun ortaq həyata keçirtdiyi “Sea Breeze” təlimində 32 ölkədən 5 min hərbçi, 40 təyyarə və 32 gəmi iştirak edib.

