“Heç bir vasitəçi olmadan anlaşmaların əldə olunması regional sülh üçün töhfə ola bilər”-Müşfiq Cəfərovbackend

“Heç bir vasitəçi olmadan anlaşmaların əldə olunması regional sülh üçün töhfə ola bilər”-Müşfiq Cəfərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşü keçirilib. Mən düşünürəm ki, bu kimi görüşlər olduqca vacibdir. Bu gün Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi olmadan anlaşmaların əldə olunması regional sülh üçün bir növ töhfə ola bilər”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, delimitasiya prosesi xeyli zaman tələb edir:

“Lakin bütün hallarda delimitasiya sülh danışıqlarına mane olmamalı, bunlar ayrı-ayrılıqda həyata keçirilə bilər. Bu gün Azərbaycanla Ermənistan arasında bu istiqamətdə danışıqların aparılması müsbət haldır. Çünki bu, nəticə etibarilə həm tərəflərin sərhədlərin delimitasiyası ilə bağlı müzakirələri genişləndirməsinə, həm də bütövlükdə kommunikasiyaların bərpa edilməsinə imkan yarada bilər.
Delimitasiya sülh prosesinin vacib bir elementidir, bu prosesdə əldə olunacaq irəliləyişlər sülhə bizi daha da yaxınlaşdıracaqdır. Bütün hallarda tərəflərin bir araya gəlməsi müsbət haldır. Proses uzun müddət davam etsə də, tərəflərin müzakirələri hər hansı bir xarici müdaxilə olmadan həyata keçirməsi Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsi üçün yeni imkanlar yaradır”.

//Gülnarə Abasova, Editor.az