“Heç kim rəsmi qurumlardan kənar mənbələrə istinad etməməlidir”backend

“Heç kim rəsmi qurumlardan kənar mənbələrə istinad etməməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müdafiə Nazirliyinin mətbuat xidməti lazımi tədbirlər görərək, milli təhlükəsizlik üçün geniş təbliğat işləri aparır”.

Bunu HİT.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun fikrincə, hazırda gedən informasiya müharibəsində düşmən tərəfin ayıq-sayıq olması və bizi daim izləməsi hər birimizi daha diqqətli davranmağa sövq edir:

“Bu gün media nümayəndələri, sosial şəbəkə istifadəçiləri və blogerlər özlərini ümumi milli kontekstdə göstərə bilirlər. Lakin başqa ölkələrdən Azərbaycan informasiya məkanına sızanlar bunun əksinə, dezinformasiya, böhtanlar yaymaqla məşğuldurlar. Bütün bunlar xoşagəlməz hallardır, çünki hər bir məlumat bir hərbçinin həyatı bahasına başa gələ bilər. Məhz buna görə də hərbçilərimizin dislokasiyası, hərbi texnikaların, silah-sursatın və ağır artilleriyanın istiqamətinin yerdəyişməsi və s. dövlət sirrinin əsasını təşkil etdiyindən bu məlumatların məxfiliyi qorunur. Bu mənada, dövlət informasiya siyasətini uğurla davam etdirir”.

İ.Hüseynov bildirib ki, heç kim rəsmi qurumlardan kənar mənbələrə istinad etməməlidir:

“Bu halda yalan məlumatların yayılmasının qarşısı alınar. Səhv məlumat yaymaq faciə ilə nəticələnə bilər. Düşmən mediasında yayılan hər bir yalan məlumat hərbçilərimizin də döyüş ruhuna mənfi təsir edə bilər”.