Həddindən artıq istilər xroniki xəstə uşaq sahibi olma riskini artırır- ARAŞDIRMAbackend

Həddindən artıq istilər xroniki xəstə uşaq sahibi olma riskini artırır- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrikanın Witwatersrand Universitetinin bir qrup alimi istilik dalğalarının hamilə qadınların orqanizminə və uşaqlarının sağlamlığına uzunmüddətli təsirini araşdırıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, həddindən artıq istilər xroniki xəstəlikləri olan körpələrin doğulması riskini artırır.

Araşdırma BMC Pregnancy and Childbirth (BMC PC) elmi jurnalında dərc olunub. Komanda 100 ildən artıq bir dövrü əhatə edən 29 məqaləni təhlil edib. Nəticələr göstərib ki, yüksək hərarət yeni doğulanların ürək-damar xəstəlikləri, hipertoniya, uşaqlıq astma və pnevmoniya ilə doğulma ehtimalını artırır.

Hamiləlik dövründə temperaturun hər dərəcə Selsi artmasının uşaqlıq pnevmoniyasının inkişaf riskini 85 faiz artırdığı təxmin edilir. Digər tədqiqatlar göstərir ki, istiliyə məruz qalma yemək pozğunluqları və şizofreniya da daxil olmaqla psixi xəstəliklərin inkişafı ilə əlaqələndirilir. Bu təsirlər ömür müddətinin azalması ilə nəticələnir: Ana bətnində artan istiliyə məruz qalan insanların soyuq iqlimdə doğulan həmyaşıdlarına nisbətən daha tez öldüyü aşkar edilib. Alimlər hamiləlik zamanı temperaturun gələcək uşağa zərərli təsiri ilə bağlı bir neçə amili müəyyən ediblər. Bunlara ana sağlamlığının pozulması, dölün inkişafına birbaşa təsirlər, o cümlədən sinir sistemindəki anadangəlmə qüsurlar, vaxtından əvvəl doğuş riskinin artması və körpənin DNT-sinin zədələnməsi daxildir. Tədqiqatçılar xüsusilə inkişaf etməkdə olan ölkələrə diqqət yetirməklə, bütün dünyada hamilə qadınları istidən qorumaq üçün daha çox fəaliyyət göstərməyə çağırıblar.

//Gülnarə Abasova, Editor.az