“Hədiyyə deyil, biznesdir…” — Qadınlar Günü ilə bağlı yazıçıdan AÇIQLAMAbackend

“Hədiyyə deyil, biznesdir…” — Qadınlar Günü ilə bağlı yazıçıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir. Zərif cinsin nümayəndələri üçün əlamətdar gün olsa da, əksər kişilər üçün maddi yükə çevrilib. Əvvəllər sanki vəziyyət daha fərqli idi, qadınlar verilən hədiyyəyə fərq qoymur, diqqət gördükləri üçün sevinirdilər. İndi isə hədiyyələr öncədən “sifariş” edilir, bəzən “sifariş”in dəyəri elə yüksək olur ki, qarşı tərəf borca-xərcə düşsə də onu vaxtında çatdırmaqdan başqa əlacı qalmır. Bəs, deyirdilər hədiyyənin böyüyü, kiçiyi olmaz… 

Məsələ ətrafında yazıçı Seyran Səxavət  Demokrat.azsaytı ilə fikirlərini bölüşdü:

“Qadınlarımızı qarşıdan gələn bayram münasibəti ilə təbrik edir, xoşbəxtlik arzulayıram, üzlərindən gülüş əksik olmasın. Mənim aləmimdə bunun qısa bir cavabı var – hədiyyə ona görə gözəldir ki, gözlənilməz olur, nə olduğunu bilmirsən, alanda sevinirsən. Yox, əgər, sifariş verirsənsə, bu artıq hədiyyə deyil, biznesdir”.