Son həftələrdə İslandiyada baş verən güclü zəlzələlər və çatların əmələ gəlməsi səbəbindən vulkan aktivləşib. Vulkan metrlərlə hündürlüyə çatan lava və kül səpməyə başlayıb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, partlayışın yerli vaxtla saat 22.17-də Qrindavik şəhərinin şimalında başladığı açıqlanıb.
İslandiya hökuməti balıqçı qəsəbəsi Qrindavikdən təxminən 4 min insanı təxliyə edib və şəhər yaxınlığındakı geotermal spa (Mavi Göl) bağlanıb. Partlayışın baş verdiyi Qrindavik İslandiyanın paytaxtı Reykyavikdən cəmi 42 kilometr aralıdadır.
//Gülnarə Abasova, Editor.az

