Uşaq anestezioloqu David Callejo asqırığın göründüyündən daha təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Editor.az xəbər verir ki, həkimin sözlərinə görə, asqırıq orqanizmin yad maddələrdən təmizlənməsi üçün vacib fizioloji prosesdir. Asqırma zamanı burun və boğazdan saatda təxminən 160 km sürətlə hava xaric olunur.
Həkim bildirib: “Ağız açıq olduqda təzyiq çölə çıxır. Lakin ağız qapalı olarsa, yaranan təzyiq bədənin digər hissələrinə yönəlir və bu da müxtəlif problemlərə səbəb ola bilər”.
Onun sözlərinə görə, asqırığı saxlamağa çalışmaq üz və gözlərdə damarların zədələnməsinə, qulaq pərdəsinin və boğazın (məsələn, udlaq nahiyəsinin) zədələnməsinə, eləcə də kəllədaxili qanaxma kimi ciddi nevroloji fəsadlara yol aça bilər.
Callejo qeyd edib ki, tibbdə bu cür hallarla bağlı cəmi 60-a yaxın fakt qeydə alınıb. Bununla belə, bu halların əksəriyyətinin gənc və sağlam insanlarda müşahidə olunduğunu vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

