Həkim: Bu gündəlik vərdişlər insult riskini artırırbackend

Həkim: Bu gündəlik vərdişlər insult riskini artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oturaq həyat tərzi, qeyri-sağlam qidalanma və xroniki yuxu çatışmazlığı işemik insult riskini əhəmiyyətli dərəcədə yüksəldə bilər. İşemik insult beyinə qan axınının damarların laxtalanma nəticəsində qəfil dayanması ilə baş verir.

Bu barədə damar cərrahı professor Anahita Dua “Daily Mail” nəşrinə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, əsas risk faktorlarından biri fiziki aktivliyin azlığıdır. Hərəkətsiz həyat tərzi qan şəkərinin və yağ səviyyəsinin artmasına, eyni zamanda “yaxşı” xolesterin (HDL) səviyyəsinin azalmasına səbəb olur. Bu proses damar divarlarını zədələyir və xolesterinin yığılması nəticəsində damarların tıxanmasına və ya qan laxtalarının əmələ gəlməsinə gətirib çıxarır.

Pəhriz də mühüm rol oynayır. Duz, doymuş yağ və sənaye trans yağları ilə zəngin qidalar — marqarin, uzunömürlü bişmiş məhsullar, işlənmiş qidalar və “fast food”lar — qan təzyiqini yüksəldir və damar divarlarında iltihabı sürətləndirir. Professor Duanın sözlərinə görə, bu, damarların zədələnməsi və nəticədə laxtalanma riskinin artmasına səbəb olur ki, bu da beyinə gedərək insult yarada bilər.

Mütəxəssis, siqaret çəkmə, xroniki yuxu çatışmazlığı və müntəzəm tibbi müayinələrə laqeyd yanaşma kimi vərdişlərin də damar sağlamlığına mənfi təsir göstərdiyini vurğulayıb. Bu amillər orqanizmdə iltihabı artırır, qan təzyiqini qeyri-sabitləşdirir və ürək ritmini pozur ki, nəticədə damar problemləri və insult riski daha da yüksəlir.

//Gülnarə Abasova, Editor.az