Həkim göndəriş vermədi, qadın doğuş zamanı qanaxmadan öldübackend

Həkim göndəriş vermədi, qadın doğuş zamanı qanaxmadan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Zərdab rayonunda qadın doğuş zamanı həyatını itirib.

Oxu.Az-a verilən məlumata görə, onun hamiləliyi riskli olub.

Qadının ölümə səbəb kimi doğuşdan sonrakı qanaxma göstərilib. Qeyd olunub ki, ana həyatını itirsə də, körpə sağdır.

Eyni zamanda qeyd olunub ki, doğuş zamanı Zərdab Rayon Mərkəzi Xəstəxanasındakı həkim xəstəyə göndəriş vermədiyi üçün onu başqa yerə aparmaq mümkün olmayıb.

Hadisə ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Zərdab Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.