Qarın ağrısı, ishal və nəcisdə qan kimi əlamətlərlə yanaşı, dəmir çatışmazlığından qaynaqlanan anemiya da kolorektal xərçəngin əlaməti ola bilər.
Editor.az xəbər verir ki, bunu qastroenteroloq Dr. Derek Ebner bunu MedicalXpress-ə açıqlayıb.
Həkim izah edib ki, kolorektal xərçəngdə bağırsaq və düz bağırsaqda şişlər əmələ gəlir. Son illərdə bu növ xəstəlik nəzərəçarpacaq dərəcədə çoxalıb və 50 yaşdan aşağı insanlarda onun tezliyi artır.
Dr. Ebner deyir ki, gənclərdə kolorektal xərçəngin üç əsas əlaməti var: nəcisdə qan, ishal və qarın ağrısı. Nəcisdən sonra qan itkisi, adi gözlə görünməsə belə, orqanizmdə dəmir səviyyəsinin aşağı düşməsinə və qan azlığının inkişafına səbəb ola bilər.
Qastroenteroloq əlavə edib ki, bağırsaq xərçənginin qarşısının alınmasında sağlam həyat tərzi vacibdir. Bu xəstəliyə yoluxma riskinizi azaltmaq üçün gündə 30 dəqiqə idmanla məşğul olmanız, spirt və siqaretdən uzaq durmağınız, sağlam çəki saxlamaq, pəhrizinizə meyvə, tərəvəz və tam taxıllı qidalar əlavə etmək tövsiyə olunur.
//Gülnarə Abasova, Editor.az