Həkim qarın ağrısının ən çox rast gəlinən səbəbini açıqlayıbbackend

Həkim qarın ağrısının ən çox rast gəlinən səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çox vaxt mədə müəyyən qidaları yedikdən sonra şişkinlik səbəbindən ağrıyır.

Editor.az xəbər verir ki, bu barədə “Moskva 24”ə baş həkim Aleksey Xuhrev bildirib. “Ən çox rast gəlinən qarın ağrısı şişkinlikdən qaynaqlanır. Əgər mədə-bağırsaq traktının yuxarı hissələrində bir şey həzm olunmazsa, o, aşağı hissələrdə fermentləşməyə başlayacaq”, – Xuxrev bildirib.

Kələm və ya noxud kimi həzm olunmayan liflə zəngin qidalar yedikdən sonra şişkinlik baş verə bilər. Bir insanın süd məhsullarını həzm etmək qabiliyyəti azalırsa, onları istehlak etmək də şişkinliyə səbəb ola bilər. Həkim əlavə edib ki, bəzi insanlarda krampların yaratdığı stress səbəbindən qarın ağrısı ola bilər.

//Gülnarə Abasova, Editor.az