Həkim stressi azaltmaq üçün nələrə toxunmağın faydalı olduğunu açıqladıbackend

Həkim stressi azaltmaq üçün nələrə toxunmağın faydalı olduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Stresi azaltmaq üçün otlara, çınqıllara, iri duz dənələrinə, yosunlara və ya plastilinə toxuna bilərsiniz.”

Editor.az xəbər verir ki, Piroqov Universitetinin Klinik Psixologiya və Sosial İş İnstitutunun direktor müavini, həkim-klinik psixoloq Yekaterina Orlova bildirib ki, toxunma (taktil) stimullaşdırma müəyyən reseptorları aktivləşdirir və könüllü emosional özünü tənzimləmə üçün effektiv vasitə rolunu oynayır.

Orlovanın sözlərinə görə, müasir eksperimental tədqiqatlar göstərir ki, ot, torpaq, qum və ağac qabığı kimi təbii obyektlərlə taktil təmas real, ölçülə bilən sakitləşdirici təsir yaradır. Fizioloji baxımdan isə dərinin Yer səthi ilə birbaşa təması əsas stress hormonu olan kortizolun səviyyəsinin azalmasına səbəb ola bilər.

“Xüsusilə otla təmasın sakitləşdirici təsirini izah edərkən ikinci mühüm mexanizm sensor inteqrasiya və ‘indiki ana fokuslanma’ fenomenidir”, – deyə o əlavə edib.

Mütəxəssisin sözlərinə görə, stress zamanı insanın idrak fəaliyyəti təbii olaraq ya keçmişə yönəlir (düşüncə, analiz), ya da gələcəyə (narahatlıq). Güclü taktil siqnal isə bu dövrəni pozaraq insanı real ana qaytarır.

Psixoloq qeyd edib ki, çınqıl və ya şüşə kimi hamar səthlərə toxunmaq sərinlik və sabitlik hissi yaradaraq diqqətin strukturlaşmasına kömək edir. Kobud teksturalar (ağac qabığı, iri duz) daha çox reseptoru aktivləşdirərək insanın məkan daxilində fiziki varlığını hiss etməsinə imkan verən güclü siqnallar yaradır.

Yumşaq və elastik materiallarla (yosun, xəz, plastilin) təmas isə əzələ tonusunun azalmasına səbəb olur və nəticədə sakitlik və təhlükəsizlik hissini gücləndirir.

//Gülnarə Abasova, Editor.az