Həkim xəbərdarlıq edir: dişlərin həddindən artıq fırçalanması ağız sağlamlığına zərər vura bilərbackend

Həkim xəbərdarlıq edir: dişlərin həddindən artıq fırçalanması ağız sağlamlığına zərər vura bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dişlərin çox tez-tez və güclü şəkildə fırçalanması ciddi ağız sağlamlığı problemlərinə səbəb ola bilər. Editor.az xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm fırçalama vacib profilaktik tədbir olaraq qalsa da, həddindən artıq təmizləmə sağlamlığa mənfi təsir göstərir.

Stomatoloqlar bildirirlər ki, artıq xəstələri hər yeməkdən sonra dişlərini fırçalamağa təşviq etmirlər. Bununla bağlı həkim vurğulayır:

“Bəzi insanlar dişlərini gündə yalnız bir dəfə fırçalayır və bunu belə unuda bilirlər. Digərləri isə əksinə, çox güclü və olduqca tez-tez fırçalayır. Hər iki hal zərərlidir. Fırçalama prosesində həddi aşmaq əsas gigiyena qaydalarına əməl etməmək qədər təhlükəlidir. Bu sahədə “daha çox – daha yaxşıdır” prinsipi keçərli deyil. İdeal qayda — dişləri gündə iki dəfə, səhər və axşam fırçalamaqdır”.

“Həddindən artıq tez-tez və güclü fırçalama diş minasını incəldə, onun zədələnməsinə səbəb ola bilər. Nəticədə dişlər temperatur və dad dəyişikliklərinə qarşı daha həssas olur. Bununla yanaşı, diş ətinin qıcıqlanması, zədələnməsi, qanaxma və iltihab riski artır. Ağız boşluğunun normal mikroflorasının pozulması isə çürüklərə səbəb olan bakteriyaların çoxalmasına və ağız qoxusunun yaranmasına şərait yaradır”,- deyə həkim bildirib.

Mütəxəssislər optimal ağız gigiyenası üçün dişləri gün ərzində iki dəfə — səhər yeməyindən sonra və yatmazdan əvvəl — yumşaq və ya orta sərtlikdə fırça və aşağı aşındırıcılı diş pastası ilə təmizləməyi tövsiyə edir. Fırçalama müddəti 2–3 dəqiqəni keçməməli, diş və diş ətlərinə güclü təzyiq göstərilməməlidir. Həmçinin diş fırçasının ən azı üç ayda bir dəfə yenisi ilə əvəz olunması vacibdir.

Sonda həkim hər kəsə xatırladıb ki, müntəzəm olaraq stomatoloqa müraciət etmək ağız-diş xəstəliklərinin qarşısının alınması və vaxtında müalicəsi üçün mühüm əhəmiyyət daşıyır.

//Gülnarə Abasova, Editor.az