Həkimdən bədbin proqnoz: “IV dalğanın başlaması istisna deyil” – VİDEObackend

Həkimdən bədbin proqnoz: “IV dalğanın başlaması istisna deyil” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusun IV dalğasının bütün dünyada başlaması istisna deyil”.

Bunu “ARB Xəbər”ə açıqlamasında həkim Adil Qeybulla deyib. O bildirib ki, mütəxəssislər bu dalğanın ağır, hətta yeni növ pandemiyanın başlanğıcı kimi qiymətləndirirlər.

Həmçinin həkim onu da qeyd edib ki, peyvənddən 6 ay sonra immunitet zəiflədiyi üçün dəstək məqsədilə III dozanın vurulması məqsədəuyğundur:

“III doza tam doza vurulmalıdır və onun eyni şirkətə məxsus olması daha yaxşı olar. Bu, mümkün olmazsa, digər vaksinləri də vurdurmaq olar”.