Həkimdən XƏBƏRDARLIQ: Sizə vaksin vurulması təklif olunursa…backend

Həkimdən XƏBƏRDARLIQ: Sizə vaksin vurulması təklif olunursa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov pandemiyanı zəiflətməyin yeganə yolunun vaksinasiya olduğunu hesab edir.

Publika.az xəbər verir ki, virusla müharibənin hələ də davam etdiyini deyən həkim hər kəsi qorunma tədbirlərinə əməl etməyə səsləyib. O, qaydaları belə sadalayıb:

1. Ancaq zərurət halında evdən çıxın. Restorana, kafelərə getməyin, ev yeməyi yeyin. Qonaqlığa, yas yerinə getməyin.

2. Maska taxın.

3. Əlləri tez-tez sabunla yuyun. Yumamış üzünüzə toxunmayın.

4. Sosial məsafəni gözləyin. İş yoldaşlarınız yığışıb birlikdə çay içirsə, siz kənarda, ayrı stolda əyləşməyə görə utanmayın, çəkinməyin.

5. Bu, bir oyundur, mənə heç nə olmaz kimi mənasız fikirləri özünüzdən uzaqlaşdırın.

6. Sizə vaksin vurulması təklif olunursa, düşünmədən vurdurun, naz etməyin.

Loading...