Britaniyalı qadın Türkiyədə tətildə olarkən müəmmalı şəkildə dünyasını dəyişib.
Editor.az bu barədə “Metro”-ya istinadla məlumat yayıb.
28 yaşlı Bet Martin əri Luka və səkkiz və beş yaşlı iki uşağı ilə birlikdə müəssisəyə gəlib. Lakin az sonra qadın xəstəxanaya aparılıb. Yerli həkimlər xəstənin ürəyində problem olduğunu bildiriblər.
Lukanın sözlərinə görə, həkimlər onun həyat yoldaşının vəziyyəti ilə bağlı təfərrüat verməyiblər. Turist xəstəxanaya aparıldıqdan iki gün sonra dünyasını dəyişib.
O əlavə edib ki, yerli hakimiyyət onu Beti zəhərləməkdə ittiham edib. Sonradan ona bəraət verilib və ona qarşı başqa heç bir tədbir görülməyib.
Cəsədin doğma şəhərinə aparılması üçün ailə külli miqdarda pul ödəyib. İngiltərədə aparılan yarılma nəticəsində məlum olub ki, qadın öldükdən sonra ürəyi çıxarılıb. Lakin onun həyat yoldaşı və digər qohumları orqanın alınmasına etiraz ediblər.
Britaniyalı qadının ölümünün dəqiq səbəbi hələlik məlum deyil.
//Gülnarə Abasova, Editor.az