Həlak olan bacı-qardaşın valideynləri də vəfat edibmiş – FOTObackend

Həlak olan bacı-qardaşın valideynləri də vəfat edibmiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan bacı-qardaşların ata-anaları vəfat edib.

Milli.Az həlak olan 2005-ci il təvəllüdlü Xədicə Əlimirzəyevin fotosunu təqdim edir:

xxx

AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan iki nəfəri Qusar rayon sakinidir.

Suduroba kənd sakinləri – bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərdir.

Vəfat edən bacı-qardaşın valideynləri olmayıb.

Məlumata görə, gənclərin ataları Mirzəbəy Əlimirzəyev 8 il əvvəl Rusiyada baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.

Bacı-qardaş hadisədən bir müddət əvvəl Türkiyəyə getməyi planlaşdırıblar. Onların niyə Qroznıya yola düşdüyü məlum deyil./modern.az