Hələ çox gecikmişik: ” 12 illik TƏHSİL SİSTEMİ uşaqların tədris yükünün yüngülləşməsinə xidmət edəcəkbackend

Hələ çox gecikmişik: ” 12 illik TƏHSİL SİSTEMİ uşaqların tədris yükünün yüngülləşməsinə xidmət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda təhsil islahatlarının başlanmasından 10 ildən çox vaxt keçir. Bu gün də davam etməkdə olan islahatların əsas məqsədi ölkəmizin təhsilini dünyanın təhsil meridianına çıxmaq, ən inkişaf etmiş ölkələrin təhsil ənənələri fonunda daha mükəmməl bir sistemin yaradılmasına nail olmaqdan ibarətdir”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bu gün dünya ölkələrində 10, 11, 12, 13, hətta 14 illik ümumi təhsil müəssisələri mövcuddur:

“Apardığım elmi araşdırmalarda mənə məlum oldu ki, hazırda isə 12 illik sistemdən daha çox istifadə olunur. Xatırlayırsızsa, Azərbaycanda xeyli müddət ümumi təhsilin 10 illik sistemindən istifadə edilmişdir. Hətta uzun illər boyu 4 illik, 9 illik məktəblərdə təhsil tariximizdə mövcud olub. Hazırda isə 11 illik sistem tətbiq olunmaqdadır və 12 illik təhsilə keçilməsi planlaşdırılıb. Keçmişə nəzər salsaq görərik ki, 12 illik ümumi təhsilə keçid “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi müəyyən olunmuşdu və Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ndə də əks olunması ilə demək olar ki, reallığa doğru ilk addımını atdı. 12 illik ümumi təhsil 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Onu da xatırlatmaq istəyirəm ki, hələ “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Amma pandemiya bu prosesi başa çatdırmağa maneə oldu. Hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu bir daha öz əksini və təsdiqini tapıb. Yuxarıda qeyd etdiyim kimi, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən hesab edirəm ki, 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji-psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır.
Hətta, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Bununla belə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir. Mən hesab edirəm ki, 12 illik təhsil sisteminə keçidə məhz sadəcə məktəbdə oxunan illərinin artırılması kimi deyil, seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra bu 12 illik təhsil layihəsi gerçəkləşə bilər. Orta məktəbə baxsaq görərik ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra – 2019-cu ildə məktəbi bitirdilər. Amma ilk buraxılış məzunlarından biz nəzərdə tutulan nəticəni görə bilmədik”.

K. Əsədov hesab edir ki, 12 illik təhsil sistemi artıq dünyada özünü doğrultmuş sistemdir:

“11 illik təhsil sistemi isə daha çox geridə qalmış postsovet məkanında qalıb. Ancaq dünyanın aparıcı ölkələrində orta təhsil 12 ildir. Elə ölkələr var ki, hətta orta təhsil 13-14 ilə qədər çəkir. 11-12 illik təhsil üçün artıq yeni proqramlar tərtib olunmalıdır. 12 illik təhsilə keçmək üçün hələ çox gecikmişik. Yeni təhsil haqqında qanun qəbul olunanda bu addım elə o vaxt atılmalı idi. Çünki 12 illik təhsil artıq Avropa standartlarına uyğundur. Yəni 10-11 illik təhsil ancaq postsovet məkanına daxil olan bir neçə ölkədə qalıb. Məsələn, Hollandiya və Almaniyada orta təhsil 12 ildir. Ona görə də bizim orta təhsil haqqında sənədimizin tanınması, məktəb proqramlarının unifikasiyası 12 illik təhsil üçün çox vacib məsələdir. Yəni 10-11 illik təhsil ancaq postsovet məkanına daxil olan bir neçə ölkədə qalıb. Məsələn, Hollandiya və Almaniyada orta təhsil 12 ildir. Ona görə də bizim orta təhsil haqqında sənədimizin tanınması, məktəb proqramlarının unifikasiyası 12 illik təhsil üçün çox vacib məsələdir. Burada ən ciddi məsələlərdən biri dərsliklərin də yeni kurikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin “4+6+2” və yaxud “5+5+2″ və ya digər hansısa sxem əsasında qurulması və s. kimi məsələlərin həlli tələb olunur. 12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki, konkret qənaətə gəlinməyib. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən hesab edilir ki,12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır”.

//Gülnarə Abasova, Editor.az