“Hələ də aramızda gizlənən İran casuslarına qarşı birgə mübarizə aparmalıyıq”- Millət vəkili ÇAĞIRIŞ ETDİbackend

“Hələ də aramızda gizlənən İran casuslarına qarşı birgə mübarizə aparmalıyıq”- Millət vəkili ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın günü-gündən inkişafını gözü götürməyən, varlığını həzm edə bilməyən İranın maskası 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizdən sonra cırıldı. O vaxtdan bu yana Tehran ancaq nifrət püskürür, əvvəl gizlədiyi kin-küdurətini indi açıq-aşkar bildirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Ölkə Prezidenti İlham Əliyev bütün bu xəyanətlərə baxmayaraq bir qonşu kimi din birliyinə sadiq qalaraq hər zaman İrana dost əlini uzadıb:

” Ancaq bütün xoşməramlı addımlarımıza baxmayaraq İran sınıq-salxaq silah-sursatı ilə sərhəddə təlimlər keçməklə Azərbaycana hədə-qorxu gəlməyə çalışır. İran casus şəbəkəsinin düyməsini basmaqla ölkəmizdə stabil vəziyyəti pozmağa cəhd edir. Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də ona qarşı düşmən münasibəti bəsləyənlərə adekvat cavabını verdi”.

V. İskəndərov həmkarı millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktına da münasibət bildirib:

” İlk günlərdən bütün izlərin İranı göstərdiyi məlum idi. Bunu Azərbaycan cəmiyyətində hər kəs açıq-aşkar dilə gətirirdi. Dövlət Təhlükəsizlik Xidmətinin uğurlu əməliyyatından sonra da hadisəni törədən İranın casus şəbəkəsinin üzvləri ələ keçirildi. Beləliklə məlum oldu ki, sifarişçilər də, icraçılar da İrana bağlı qrupdur. Ancaq aysberqin görünməyən tərəfləri də var. Hələ də ölkəmizdə İranın terror təşkilatının casusları mövcuddur. Bu vətən xainlərini ifşa etmək isə dövlət təhlükəsizlik orqanları ilə yanaşı vətəndaşlarımızın da borcudur. Onlara qarşı birgə mübarizə aparmalıyıq. Hələ də aramızda üzə çıxmayan bu vətən xainləri olanlardan dərs çıxartmalı, öz cinayətlərini etiraf etməli, hüquq mühafizə orqanlarına vaxtında təslim olmalıdır. Bununla onlar cəzalarını azaltmış olarlar. Rəsmi Bakı bütün baş verən bu hadisələrə sərt reaksiya verəcək və lazımi tədbirlər görüləcək. Hələ də İrandakı səfirliyimizə qarşı baş verən terror aktının obyektiv istintaqını gözləyirik. Bu hərəkətsizlik bir daha bu məsələdə İranın maraqlarını açıq-aydın ortaya qoyur. Bir sözlə, son zamanlar ölkəmizə qarşı baş verən sözügedən hər bir terror aktının arxasında şübhəsiz ki, İran terrorçuları dayanır”.

//Gülnarə Abasova, Editor.az