“Hələ qış bitənə qədər tərəflər geniş qarşıdurmaya getmək istəmir”- ŞƏRHbackend

“Hələ qış bitənə qədər tərəflər geniş qarşıdurmaya getmək istəmir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vaxtlar Rusiya-Ukrayna cəbhəsi ilə bağlı informasiyalar azalıb. Ancaq aparılan müşahidələr onu göstərir ki, bu cəbhədə müharibə bir neçə istiqamətdə fərqli formalarda davam edir. Həm Rusiya, həm də Ukrayna tərəfindən əsas təmas xətləri istehkam qurğuları ilə qurulub. Təxminən iki həftə öncə Ukrayna Baş Qərargahından, Rusiya Müdafiə Nazirliyindən yayılan məlumatda da bildirildi ki, artıq tərəflər müdafiə strategiyasına keçid edib”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.

S.Hümbətov bildirib ki, hələ qış bitənə qədər tərəflər geniş qarşıdurmaya getmək istəmir:

“Ukrayna Qərbdən ciddi yardım gözləyir ki, bu yardımla yeni hücum taktikasını müəyyən etsin. Rusiya isə qışı çıxmaqla daxilində İran və Koreyadan alacağı silah-sursatı artırmaqla yenidən hücuma başlamağa hazırlaşır. Hazırda Krıma gedən yolun üstündə döyüşlər güclənib, Ukrayna bəzi işğal altında olan ərazilərini xilas edə bilib. Ukraynanın əsas məqsədi Donetsk və Luqanskla Krım arasındakı yolu tamamilə bağlamaqdır. Yəni, məqsəd Azova çıxış əldə etməkdir, ondan sonra Krımı da bir neçə cəbhədən mühasirəyə ala bilər. Müharibənin bu günkü vəziyyətində Ukraynanın 15-20 faiz ərazisi Rusiyanın işğalı altındadır. Müharibə elə bir haldır ki, hər an hərşey baş verə bilər. HƏMAS-İsrail qarşıdurması son vaxtlar Rusiya-Ukrayna müharibəsini bir qədər arxa plan atıb. Ancaq tərəflər yenidən qızışır və bir-birinə həmləsi ilə davam edir”.

//Gülnarə Abasova, Editor.az