Helikopter magistral yolun tən ortasında qəza enişi edibbackend

Helikopter magistral yolun tən ortasında qəza enişi edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madriddə helikopter magistralın düz ortasında təcili eniş edib.

Editor.az “El Pais”ə istinadən bildirir ki, qəza saat 10:00 radələrində M-40 magistralında baş verib. F-HPUX qeydiyyat nömrəli “Enstrom280FX” helikopteri marşrutun ortasındakı kiçik yaşıl kolluq sahəsinə çırpılıb.

Təyyarədə 69 və 71 yaşlı iki kişi olub. Onlardan biri yüngül kəllə-beyin travması, digəri isə bud sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Həmin vaxt avtomobil yolu ilə hərəkət edən Nissan sürücüsü də yaralanıb. Ön pəncərənin sınması nəticəsində kişi çox kiçik kəsiklər alıb.

Zərbədən onun avtomobilinə xeyli ziyan dəyib. Helikopter yaxınlıqda hər il böyük yarmarka keçirən European Rotors şirkətinə məxsus idi. Jurnalistlərin sözlərinə görə, helikopter bu tədbirdə iştirak edib.

“Hər şey onu göstərir ki, pilotun məharəti daha böyük faciənin qarşısını alıb. Çünki o, M-40 şossesində, lakin orta zolaqda təcili eniş etməli olub və bu, yoldan keçən minlərlə avtomobilə faktiki olaraq heç bir zərər verməyib” . – şəhər Bələdiyyə Başçısı Xose Luis Martinez-Almeyda deyib.

//Samir Qurbanov, Editor.az