Helikopter qəzasında həlak olan İran XİN başçısının səlahiyyətlərini kim icra edəcək?backend

Helikopter qəzasında həlak olan İran XİN başçısının səlahiyyətlərini kim icra edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 19-da helikopter qəzasında həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın səlahiyyətlərini onun müavini Əli Baqeri Kəni icra edəcək.

Bu barədə İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhromi deyib.

Bildirilir ki, qərar İran Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Xatırladaq ki, qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı İbrahim Rəisi, İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan “Ənsar-əl Mehdi” qərargahının zabiti olublar.