Helikopter saniyədə 7-8 metr sürətlə yerə çırpılıb – İdarə rəisibackend

Helikopter saniyədə 7-8 metr sürətlə yerə çırpılıb – İdarə rəisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parametrlərin, relyefin düzgün hesablanmaması, küləyin gücünün və istiqamətinin düzgün müəyyənləşdirilməməsi, pilotların yol verdiyi nöqsanlar helikopterin qəzaya uğramasını qaçılmaz edib.

Editor.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov bildirib.

O qeyd edib ki, həyata keçirilmiş istintaq eksperimenti də qəzanın səbəblərini təsdiq edib və hər hansı digər səbəb istisna olunur: “Belə ki, qəza zamanı helikopter dönüş manevri edib və sağa tərəf dönərkən küləyin gücü və istiqaməti uçuşun 17:17-ci saniyəsində helikopterin idarəetmədən çıxmasına səbəb olub. Təlimatda helikopterin saniyədə yüklü halda 2-3 metr məsafə itirməli olduğu bildirilsə də, əldə edilmiş məlumatlar helikopterin enişdə olarkən saniyədə 7-8 metr məsafə itirdiyi və uçuşun 17:24-cü saniyəsində yerə çırpılması müəyyən edilib.