Həlledici MƏRHƏLƏ: Müharibə Rusiya torpaqlarında davam edir- Bu, son olmayacaqbackend

Həlledici MƏRHƏLƏ: Müharibə Rusiya torpaqlarında davam edir- Bu, son olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukraynada törətdiyi fəlakətin “bəhrələrini” öz torpaqlarında yığmağa başlayıb. Moskvaya pilotsuz təyyarələrlə edilən hücum Rusiyanın zəifliyinin nümunəsidir”.

Bu sözləri politoloq Azər Qasımov Editor.az-a mayın 30-da pilotsuz təyyarələrlə Moskva və Moskva vilayətinə edilən hücumla bağlı şərhində deyib.

A.Qasımov bildirib ki, böyük arzularla başlatdığı Ukrayna macərası Rusiyanın faciəsinə çevrilir:

“Artıq müharibə Rusiya torpaqlarında davam edir və getdikcə belə faktların daha ciddi hadisələrlə davam edəcəyi şübhəsizdir. Sülh barədə gəzən şayiələr praktiki olaraq mümkün deyil. Ukraynanın əks-hücumla əldə edəcəklərini bildiyi halda sülh barədə danışmaq onun üçün məqbul deyil. Odur ki, yayılan sülh gözləntiləri şayiədən başqa bir şey deyildir. Tərəflərin mövqeləri arasında olan fərqlər sülhlə onların bir-birindən ayrılmasını mümkünsüz edir. Müharibə özünün həlledici məqamına daxil olur. Amma bu, son olmayacaq”.

//Gülnarə Abasova, Editor.az