“Həm hərbi, həm də mənəvi cəhətdən müharibənin qalibi Ukraynadır”-ŞƏRHbackend

“Həm hərbi, həm də mənəvi cəhətdən müharibənin qalibi Ukraynadır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarında qeyd edilib ki, “Rusiya qüvvələri həftə ərzində cəmi bir neçə yüz metr irəliyə bilib. Çünki Rusiya hazırda uğurlu hücumlar üçün lazım olan silah-sursat və manevr imkanlarına malik deyil”. Amma digər tərəfdən də Rusiyanın fevralın 24-nə qədər Ukraynada böyük hücum əməliyyatlarına yenidən başlayacağı fikirləri də səsləndirilir.

Həqiqətən də Rusiya böyük hücum əməliyyatına başlaya bilərmi?

Editor.az-ın sualını cavablandıran Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, Böyük Britaniya kəşfiyyatının məlumatları hər zaman mötəbərliyini qoruyub saxlayır:

“ Hesab edirəm ki, Rusiya daha çox informasiya müharibəsi aparır. Bütün hərbi əməliyyatlarını və siyasətini blöf üzərində qurub. Rusiya tərəfindən səsləndirilən hər hansı fikri qəbul etmirəm. Həm hərbi, həm də mənəvi cəhətdən müharibənin qalibi Ukraynadır. 2000-ci illərin sonlarında ordusu minimuma endirilmiş Ukraynanın Rusiya Federasiyasına qarşı təşkil etdiyi böyük müqavimət, Moskvanı bəzi ərazilərdən geri çəkilməyə məcbur etməsi hazırda da Krım daxil bəzi əraziləri işğaldan azad etmək istiqamətində qətiyyətli mövqeyi Ukraynanın savaşda açıq şəkildə zəfər əldə etdiyini göstərir. Rusiya Ukrayna xalqına qarşı psixoloji təsir etməyə çalışır. Hazırda Kiyevə Qərb dövlətlərindən və NATO-dan texniki yardım gəlməkdə davam edir. Ukrayna xalqının həmrəyliyi bir ay ərzində Rusiyanı daha da rəzil edəcək”.

//Safura Bənnayeva, Editor.az