HƏMAS 34 girovu azad etməyə razıdırbackend

HƏMAS 34 girovu azad etməyə razıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin Həmas hərəkatı Qəzza zolağında İsraillə əldə olunan atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 34 girovu azad etməyə razılaşıb.

Editor.az bu barədə “Asharq” telekanalına istinadla məlumat yayıb. İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahıda bir yaşlı uşaq da daxil olmaqla hərbçilərin, mülki şəxslərin və azyaşlıların adları var. Təşkilatın adını açıqlamayan nümayəndəsi kanala bildirib ki, siyahı “əvvəlki danışıqların son raundunda razılaşdırılmış şərtlərə cavab verir və qadın, xəstələr və uşaqlara daxildir”. Mənbə vurğulayıb ki, qrupa bu siyahıdan kimin hələ də sağ olduğunu öyrənmək üçün təxminən bir həftə vaxt lazımdır.

Qeyd edək ki, “Reuters” xəbər verir ki, yanvarın 5-də HƏMAS mümkün atəşkəs razılaşması çərçivəsində İsrailin mübadilə üçün təqdim etdiyi 34 girovun siyahısını təsdiqləyib. Hərəkatdakı mənbə bildirib ki, istənilən razılaşma İsrail qoşunlarının Qəzzadan çıxarılması ilə bağlı razılığın əldə olunmasından asılıdır.

//Gülnarə Abasova, Editor.az