HƏMAS-a qarşı müharibə başa çatır – İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevibackend

HƏMAS-a qarşı müharibə başa çatır – İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bu gün bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Rəfahda HƏMAS silahlılarını demək olar ki, məhv edib: “Rəfahdakı döyüşlərdə çox böyük irəliləyiş əldə etdik, bir çox infrastrukturu məhv etdik və çoxlu terrorçuları öldürdük”, – Herzi Halevi deyib.

Eyni zamanda ABŞ Dövlət Departamenti ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin müdafiə naziri Yoav Qalantla görüşdüyünü və Yaxın Şərq münaqişəsinin gərginləşməsinin qarşısının alınmasının və diplomatik həll yolunun tapılmasının vacib olduğunu bildirib: “O… münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının və həm israilli, həm də livanlı ailələrin öz evlərinə qayıtmasına imkan verəcək diplomatik həll yolunun tapılmasının vacibliyini vurğuladı”, – ABŞ Dövlət Departamentindən bildirilib. Blinken və Qallant Qəzza zolağında bütün girovların azad edilməsini təmin edəcək və Fələstin xalqının iztirablarını yüngülləşdirəcək atəşkəsə nail olmaq səylərini də müzakirə ediblər.

Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada HƏMAS-la döyüşlər başa çatdıqdan sonra anklavın silahsızlaşdırılacağını, hərbi nəzarət isə İD-nin əlində olacağını bildirib. Yerli sakinlərin iştirakı ilə mülki administrasiya da yaradılacaq və İsrail ordusu Livanla sərhədə yerləşdiriləcək: “Əməliyyatları, zərbələri davam etdirəcəyik və təslim olmayacağıq. Bütün gücümüzlə onları vururuq”, – Benyamin Netanyahu deyib. Baş nazir vurğulayıb ki, Livan saziş bağlamağa razı olarsa, bu, yəhudi dövlətinin şərtləri əsasında imzalanacaq.

//Samir Qurbanov, Editor.az