HƏMAS təşkilatı ABŞ və İsrail vətəndaşlığı olan əsgər Edan Aleksandrı azad edəcəyini vəd edib. Bu barədə qrupun mayın 11-də yaydığı bəyanatda deyilir.
HƏMAS rəsmi Vaşinqtonla təmasda olduğunu, Qəzza zolağında atəşkəs və Fələstin ərazilərinə humanitar yardımın bərpasını müzakirə etdiyini bildirib: “Vasitəçi qardaşların atəşkəsə nail olmaq üçün göstərdikləri səylərin bir hissəsi olaraq İslami Müqavimət Hərəkatı son bir neçə gün ərzində yüksək səviyyədə müsbət mövqe nümayiş etdirən və atəşkəs və xalqımıza yardım və atəşkəs üçün atılan addımların bir hissəsi olaraq İsrail əsgəri və ikili vətəndaşlığı olan Edan Aleksandrı azad etmək öhdəliyi götürən ABŞ administrasiyası ilə əlaqə saxlayır”, – bəyanatda deyilir.
ABŞ prezidenti Donald Tramp daha sonra TRUTH Social-da 2023-cü ilin oktyabrından girov saxlanılan Aleksandrın evə qayıtdığını təsdiqləyib.
//Samir Qurbanov, Editor.az