Fələstinin HƏMAS hərəkatı bəyan edib ki, bütün israilli girovlar eyni vaxtda azad edilə bilər.
Editor.az bildirir ki, bu barədə “Əl-Cəzirə” xəbər verir. Xatırladaq ki, tərəflər arasında razılaşma yanvarın ortalarında əldə edilib və üç mərhələni əhatə edir. Birinci mərhələ 33 girovun azad edilməsidir.
HƏMAS indiyədək 19 nəfəri İsrailə qaytarıb. “Biz daimi atəşkəsə və Qəzza zolağından tamamilə çıxmağa səbəb olacaq razılığa gəldikdən sonra məhbusların bir anda dəyişdiriləcəyi ikinci mərhələyə hazırıq”, – HƏMAS-ın bəyanatında deyillir.
Bundan əvvəl Amerika lideri Donald Tramp girovların mərhələli şəkildə azad edilməsinin əleyhinə çıxış etmişdi.
//Samir Qurbanov, Editor.az