“HƏMAS əlindəki əsrlərdən istifadə edərək uzunmüddətli atəşkəsə nail olmaq istəyir”-ŞƏRHbackend

“HƏMAS əlindəki əsrlərdən istifadə edərək uzunmüddətli atəşkəsə nail olmaq istəyir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail və Fələstin arasındakı toqquşmalar hər iki tərəf üçün çox ciddi tələfatlarla davam edir”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən analitik jurnalist Kazım Kazımov deyib.

Onun sözlərinə görə, Qəzza zolağındakı tərəflər, həm HƏMAS, həm də İsrail üçün xalq üzərində ciddi təzyiq var:

“Həm Fələstin, həm də İsraildə kifayət qədər atəşkəs istəyənlər var. Nəzərə almaq lazımdır ki, toqquşmalar hər dəqiqəsi uzandıqca insan tələfatı artır. Eyni zamanda, əsirlərin tez bir zamanda azad edilməsi ilə bağlı tələblər də mövcuddur. Əsir dəyişdirilməsi və atəşkəslə bağlı Qətər, ABŞ, Misir, İsrail və HƏMAS-ın müəyyən görüşmələri var. HƏMAS liderlərinin Qahirəyə səfərləri, Avropada Qətər, İsrail və ABŞ tərəflərinin görüşməsi onu deməyə əsas verir ki, xüsusilə Qətər və Misir bölgədə münaqişənin daha da uzadılmaması üçün atəşkəs şərtlərini tez-tez yeniləyir və iki tərəfi uzlaşdırmağa çalışırlar. Burada əsrlərin sayı ilə bağlı tərəflər arasında hər zaman anlaşmazlıq olur. HƏMAS təkidlə bütün fələstinli əsrlərin azad edilməsi qarşılığında atəşkəsə razılıq verir. İsrail isə müəyyən qisim Fələstin əsrlərinin azad edilməsini təklif edir. HƏMAS əlindəki əsrlərdən istifadə edərək uzunmüddətli atəşkəsə nail olmaq istəyir. Lakin İsrail isə bunu istəmir. Təbii ki, tez bir zamanda atəşkəsin olması insan tələfatının qarşısının alınması üçün olduqca mühümdür”.

//Səbinə Hüseynli, Editor.az