Fələstin HƏMAS hərəkatı girovları azad etməsə və silahlarını yerə qoymasa, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Qəzza zolağında quru əməliyyatı qaçılmazdır.
Editor.az bildirir ki, bunu İsrail ordusunun sözçüsü Conatan Konrikus Avstraliyanın ABC telekanalına müsahibəsində bildirib. “Əgər HƏMAS İsrail mülkilərinin arxasında gizləndiyi sığınacaqlardan çıxsa, 212 girovumuzun hamısını geri qaytarsa və qeyd-şərtsiz təslim olsaydı, müharibə bitərdi. Əgər onlar bunu etməsələr, yəqin ki, biz quru əməliyyata başlamalıyıq”, – Konrikus deyib.
Xatırladaq ki, İsrailin HƏMAS-la müharibəsi oktyabrın 7-dən davam edir. Son məlumatlara görə, İsrail tərəfində 1,4 min, Qəzza zolağında qurbanların sayı 4 mini keçib. İsrail HƏMAS komandirlərini öldürmək üçün xüsusi əməliyyatlar keçirmək üçün mərkəz yaradıb. Ölkənin Müdafiə Nazirliyi Qəzzada üç ay davam edəcək quru əməliyyatı olacağını proqnozlaşdırır.
//Samir Qurbanov, Editor.az

