HƏMAS yaraqlıları şənbə günü İsrailə hücum zamanı əsir götürdükləri girovların ən azı bir qismini edam ediblər.
Editor.az bildirir ki, bu barədə CNN münaqişə zonasından geolokasiya edilmiş videolardan nəticə çıxararaq yazır. Belə ki, jurnalistlər fələstinli yaraqlılar tərəfindən əsir götürülən beş israilli mülki şəxsi əks etdirən videoları təhlil ediblər.
Demək olar ki, eyni yerdə lentə alınan başqa bir videoda silahlı yaraqlılar, yandırılmış avtomobillər və yerdə dörd cəsəd görünür. CNN jurnalistləri videoları müqayisə etdikdən sonra belə qənaətə gəliblər ki, birinci videodakı canlı girovlarla ikincidəki meyitlər eyni insanlardır. Bu, xüsusilə eyni geyim və saç düzümü ilə ifadə edilir. Beşinci girovun taleyinin necə olduğu isə məlum deyil.
//Samir Qurbanov, Editor.az

