Fələstinin HƏMAS hərəkatının nümayəndələri avqustun 15-də Dohada keçiriləcək Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda iştirak etməyəcəklər.
Çünki onlar hesab edirlər ki, İsrail hakimiyyəti müharibəni bitirməkdə maraqlı deyil. Bununla belə, vasitəçilər onlara məsləhətləşmələrin nəticələri barədə brifinq verəcəklər.
Editor.az bildirir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir. Agentliyin həmsöhbətinin sözlərinə görə, HƏMAS nümayəndələri vasitəçilərin – Misir, ABŞ və Qətərin danışıqlardan İsraildən “ciddi cavab” almasını istəyirlər. Belə olan halda onlar vasitəçilərlə görüşməyə və razılığa gəlməyə hazırdırlar.
//Samir Qurbanov, Editor.az

