“Mehr” agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən yazır ki, Fələstinin HƏMAS hərəkatının siyasi lideri İsmayıl Haniyənin Tehrandakı iqamətgahına İsrailin basqın etməsi nəticəsində öldüyünü təsdiqləyib.
Qeyd edək ki, İsmayıl Haniyə Tehranda İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib. Agentlik xəbər verir ki, İsmayıl Haniyə və onun mühafizəçilərindən biri iqamətgaha hücumdan sonra “şəhadətə yüksəliblər”. Hərəkat iqamətgaha hücumu “xainlik” adlandırıb və günahı “sionistlərin” üzərinə atıb.
//Samir Qurbanov, Editor.az