HƏMAS hərəkatının yeni lideri kimdir?backend

HƏMAS hərəkatının yeni lideri kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin oktyabrında Fələstin HƏMAS lideri Yəhya Sinvarın ölümündən sonra hərəkata onun kiçik qardaşı Məhəmməd Sinvar rəhbərlik edir.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır. Onlar bildiriblər ki, HƏMAS-ın Qətərdəki siyasi ofisi kollektiv liderliyə doğru irəliləmək qərarına gəlsə də, qrupun anklavdakı döyüşçüləri buna tabe olmaqdan imtina edib və “muxtar hərəkət etmək” qərarına gəliblər.

WSJ-nin məlumatına görə, Məhəmməd Sinvarın təxminən 50 yaşı var. O, gənc yaşlarında HƏMAS-a qoşulub və ötən avqustda öldürülən hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd Deyfə yaxın olub. Böyük qardaşından fərqli olaraq, Məhəmməd Sinvar İsrail həbsxanasında “əhəmiyyətli vaxt” keçirməyib, bu da onu İsrail təhlükəsizlik xidmətləri üçün daha az başadüşüləndir. WSJ mənbələri bildiriblər ki, pərdə arxasında işlədiyi illər ərzində o, “The Shadow” ləqəbini qazanıb.

Qəzetin mənbələri iddia edir ki, Məhəmməd Sinvar İsraillə razılaşma çərçivəsində HƏMAS-ın resurslarını bərpa etməyə, hərəkatın Qəzza zolağında mövqelərini gücləndirməyə və anklavda uzunmüddətli sülhə nail olmağa çalışır. İsrail ordusunun məlumatına görə, döyüşlər zamanı İDF hərəkatın 30.000 yaraqlısından 17.000-ni öldürüb, daha minlərlə nəfəri saxlayıb. Bununla belə, WSJ yazır ki, son bir neçə ayda yüzlərlə yeni yaraqlı hərəkata qoşulub.

//Samir Qurbanov, Editor.az