HƏMAS-ı məhv edəcəyinə söz verdibackend

HƏMAS-ı məhv edəcəyinə söz verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail beynəlxalq ictimaiyyətin artan təzyiqlərinə baxmayaraq, Qəzza zolağının cənubu da daxil olmaqla, HƏMAS-a qarşı hərbi əməliyyatını davam etdirəcək.

Editor.az report-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

“Beynəlxalq təzyiq var və artır, lakin beynəlxalq təzyiq artdıqda biz birləşməli, müharibəni dayandırmaq cəhdlərinə qarşı durmalıyıq”, – Netanyahu bildirib.

O, HƏMAS qruplaşmasının tam məhvinə nail olacağına söz verib.

“İsrail Qəzza zolağında, o cümlədən HƏMAS-ın son qalası olan Rəfahda əməliyyatlarını davam etdirəcək”, – baş nazir əlavə edib.

Qəzza zolağında son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri külli miqdarda silah və sursat aşkar edib, həmçinin anklavın cənubundakı Xan Yunis şəhərinin bir neçə bölgəsində HƏMAS-ın bir neçə komanda məntəqəsini məhv edib. Qəzza zolağının mərkəzi hissəsində İsrail hərbçiləri HƏMAS-ın bir qrup silahlısını məhv edib.

Artilleriya Qəzza və anklavın digər şəhərlərindəki hədəfləri də atəşə tutub.