İsrail Müdafiə Qüvvələri avqustun 4-də Qəzza zolağında Fələstinin HƏMAS terror qruplaşmasının iqtisadiyyat naziri vəzifəsində çalışan Əbdül Fəttah əl-Zariyanın öldürüldüyünü açıqlayıb.
İDF onun İsrailin hava hücumu nəticəsində öldürüldüyünü qeyd edib. Bildirilir ki, Əl-Zariya humanitar malların Qəzza zolağına və bazarlara daxil olmasına HƏMAS-ın nəzarətinin təşkilində mühüm rol oynayıb.
Bundan əlavə, o, yanacağın, qazın və terror əməliyyatları üçün vəsaitin bölüşdürülməsinə cavabdeh olub- IDF əlavə edib. İsrail Müdafiə Qüvvələri X-də vurğulayıb ki, əl-Zari HƏMAS-ın hərbi qanadının istehsal şöbəsi ilə əlaqəlidir və Qəzza zolağı vətəndaşlarına humanitar yardımın çatdırılmasına mane olub.
//Samir Qurbanov, Editor.az