HƏMAS-ın məşhur komandiri öldürülübbackend

HƏMAS-ın məşhur komandiri öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri İsrail Təhlükəsizlik Təşkilatı (ISA) qüvvələri ilə birlikdə HƏMAS-ın Şati batalyonunun komandiri Heytem Huvacəri öldürüb.

Editor.az SAXAL-ın məlumatına istinadən bildirir ki, batalyon oktyabrın 7-də İsrail ərazisinə hücumda iştirak edib. “İD kəşfiyyatı və İsrail Təhlükəsizlik Agentliyi (ISA) qüvvələrinin məlumatına görə, bir ordu qırıcısı HƏMAS Şati batalyonunun komandiri Heytəm Huvacəri vuraraq öldürüb.

Onun komandanlığı altında HƏMAS terrorçuları oktyabrın 7-də İsrailin cənubuna hücum zamanı İsrail ərazisinə reydlər həyata keçirib”, – İsrail ordusunun saytında bildirilir. Bundan əlavə, SAXAL-ın məlumatına görə, Heytəm Hüvəcəri həm də Əl-Şifa xəstəxanasında yaraqlılara rəhbərlik edib və Qəzza bölgəsində HƏMAS qüvvələri ilə əlaqəyə cavabdeh olub. Ümumiyyətlə, bir neçə gün ərzində silahlıların sərhəd bölgələrinə hücumları nəticəsində 1200 nəfər həlak olub.

HƏMAS hələ də 126 israilli və 11 əcnəbini əsir saxlayır. Eyni zamanda, atəşkəs çərçivəsində oğurlanmış 110 nəfər azad edilib. İsrail kəşfiyyatının rəhbəri Türkiyə, Qətər, Livan və digər ölkələrdə HƏMAS liderlərini öldürəcəyinə söz verib.

//Samir Qurbanov, Editor.az