HƏMAS-ın milli təhlükəsizlik qüvvələrinin komandiri Cehad Mheysen də öldürüldübackend

HƏMAS-ın milli təhlükəsizlik qüvvələrinin komandiri Cehad Mheysen də öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın milli təhlükəsizlik qüvvələrinin komandiri Cehad Mheysen və onun ailə üzvləri İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

Editor.az bildirir ki, bu barədə “Əl-Ərəbiyyə” Fələstin hərəkatına yaxın xəbər agentliyinə istinadən xəbər verib. “The Jerusalem Post”un məlumatına görə, onlar Qəzza şəhərinin Şeyx Radvan məhəlləsindəki evlərində ölüblər. İsrail ordusunun rəsmiləri onların ölümünü təsdiqləməyib.

“Jerusalem Post” qeyd edir ki, SAXAL müharibə başlayandan bəri HƏMAS liderlərini məhv etməkyi hədəfləyib. Qeyd edək ki, oktyabrın 8-də Qəzza zolağında onlardan biri – Ayman Yunis, oktyabrın 11-də HƏMAS-ın hərbi qanadının başçısı Məhəmməd Deyf, oktyabrın 12-də isə Fələstin “İslami Cihad” qruplaşmasının liderlərindən Musa Nasir öldürülüb.

Oktyabrın 14-də İsrail hərbçiləri HƏMAS-ın elit Nuxba bölməsinin üzvləri də daxil olmaqla, onlarla HƏMAS yaraqlısının öldürüldüyünü bildirib.

//Samir Qurbanov, Editor.az