HƏMAS-ın Şimal Batalyonunun komandiri Taysir Mübaşer öldürülübbackend

HƏMAS-ın Şimal Batalyonunun komandiri Taysir Mübaşer öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında Xan Yunis şəhərində HƏMAS Şimal Batalyonunun komandiri Taysir Mübaşerin öldürüldüyünü açıqlayıb.

Onun əvvəllər HƏMAS-ın dəniz qüvvələrinə komandanlıq etdiyi və silah istehsalı ilə də məşğul olduğu iddia edilir.

SAXAL-ın məlumatına görə, öldürülən şəxs orduda böyük təcrübəyə malik olub və komandir kimi terror hücumlarına rəhbərlik edib. Onun həm də HƏMAS silahlı qanadının lideri Məhəmməd Deyfin qohumu olduğu deyilir. Taysir Mubaser 2004-cü ildə Quş-Kətifdə SAXAL postunun altındakı tunelin partladılmasında bir əsgərin ölümü və bir neçəsinin yaralanması üçün istifadə edilən partlayıcı qurğuların dizayneri kimi göstərilib.

//Samir Qurbanov, Editor.az