HƏMAS-ın xüsusi əməliyyatlarına cavabdeh şəxs məhv edilib – İsrail Müdafiə Qüvvələri
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) qırıcı təyyarələri son 24 saat ərzində Qəzza zolağında Fələstin HƏMAS hərəkatının 450 hərbi obyektinə hücum edib.
Onun sözlərinə görə, HƏMAS-ın xüsusi əməliyyatlarına cavabdeh olan Camal Musa məhv edilib.
Editor.az İsrail Müdafiə Nazirliyinə istinadən bildirir ki, quru qoşunları gecə ərzində Qəzza zolağında HƏMAS hərbi birləşməsinə aid kompleksə nəzarəti ələ keçirib. Kompleksin ərazisində müşahidə məntəqələri, yaraqlılar üçün təlim meydançaları və yeraltı tunellər var.
Əməliyyat zamanı Fələstin hərəkatının bir neçə üzvü öldürülüb. SAXAL döyüşçüləri HƏMAS terror təşkilatı üçün xüsusi əməliyyatlara cavabdeh olan Camal Musa da daxil olmaqla bir neçə terrorçunu məhv ediblər. Bundan əlavə, SAXL əsgərləri quru döyüşlərində HƏMAS batalyonunun komandirlərini də öldürüblər”, – press-relizdə deyilir.
Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir.
//Samir Qurbanov, Editor.az

